Kreml sözçüləri Ermənistanın Baş naziri Nikol Paşinyanın KTMT ilə bağlı tənqidi fikirlərinə etiraz edərkən, Moskvanın müttəfiqi, Belarus Prezidenti Lukaşenko İrəvanın təşkilatla bağlı iradlarını niyə əsaslı adlandırıb? Bu, Lukaşenkonun öz fikridir, yoxsa Kremlin Belarus prezidenti vasitəsilə Azərbaycana mesajıdır?
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Belarus lideri Aleksandr Lukaşenkonun KTMT ölkələri xarici işlər nazirlərinin görüşündə Ermənistanın təşkilatla bağlı tələb və iradlarının əsaslı olması haqda sözlərini şərh edərkən deyib.
Politoloq bildirib ki, KTMT silahlı qüvvələrinin sərhəddə yerləşdirilməsi Azərbaycanın maraqlarına ziddir:
“Kreml Cənubi Qafqazı əldən vermək niyyətində deyil, bölgədə varlığını KTMT-nin imkanları vasitəsilə də həyata keçirməyə çalışır. Kreml sahibi Vladimir Putinin Paşinyandan xoşu gəlməsə də, o, Ermənistan və Qarabağ separatçılarının əli ilə bölgədə varlığını davam etdirmək və rəqibləri olan Avropa Birliyi və ABŞ-ı Cənubi Qafqazdan sıxışdırmaq istəyir. Kremlin bu istəyinin gerçəkləşməsi yolunda əsas maneələrdən biri Azərbaycandır. Biz başda strateji müttəfiqimiz Türkiyə olmaqla, AB və ABŞ-la sıx əməkdaşlığın tərəfdarıyıq. Putin Azərbaycanla açıq qarşıdurmadan çəkinir, ancaq ölkəmizə qarşı hiyləgər planlarını da masa üzərində tutur. Putin özünün səsləndirə bilmədiyini Lukaşenkoya dedizdirir”.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı