“Türkiyənin yüzilliyi” konsepsiyası vaxtilə hərbi çevrilişin nəticələrinə əsasən işlənib-hazırlanmış və qəbul edilmiş Konstitusiya əsasında həyata keçirilə bilməz.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
Onun sözlərinə görə, ölkə Konstitusiyasının yeni redaksiyasının qəbul edilməsi Türkiyənin gələcək inkişafı üçün mühüm stimul olacaq.
Ərdoğan ölkənin Əsas qanununun yeni redaksiyasında müsəlman qadınlarının baş örtüyünü taxmaq hüququnu təsbit etməyi təklif edib və hakimiyyətin opponentlərini Türkiyənin yeni Konstitusiyası üzərində aparılan işi dəstəkləməyə çağırıb.
Türkiyə lideri çıxışında, həmçinin vurğulayıb ki, ölkə dünyanın 10 aparıcı iqtisadiyyatı siyahısına daxil olana qədər hökumət səylərini dayandırmayacaq. Bununla bağlı o deyib ki, Nazirlər Kabineti Türkiyənin 12-ci İnkişaf Planı və Ortamüddətli İnkişaf Proqramı üzərində aparılan işi davam etdirir.
“Əminəm ki, ölkəmizin 85 milyonluq əhalisinin hamısı Türkiyənin iqtisadi rifahından bəhrələnəcək. İqtisadi sahədə aparılan işin koordinasiyası üçün biz vitse-prezident, Maliyyə Nazirliyi və Mərkəzi Bank arasında sıx əlaqə qurmuşuq”, - deyə dövlət başçısı deyib.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı