Qafan şəhərində Rusiya konsulluğunun açılışı üçün hələ dəqiq tarix yoxdur, lakin Rusiya prosesi sürətləndirməyə çalışır.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya səfirliyinin müşaviri-elçisi Maksim Seleznyov deyib.
“Biz konsulluğu tez bir zamanda açmağa çalışırıq. Bu gün Moskvadan olan həmkarlarımızla, Qafan meriyası ilə birlikdə bizə uyğun gələn bir neçə obyektə baxış keçirdik. Və demək istəyirəm ki, müəyyən həll yolları var ki, biz onlarla işləməyə davam edəcəyik”, - o bildirib.
Seleznyov qeyd edib ki, Baş konsulluq iki əsas funksiyanı yerinə yetirir: faktiki konsulluq xidmətləri və siyasi funksiya:
“Biz xalqa, şəhərin, bölgənin rəhbərliyinə daha yaxın olacağıq. Gizlətməyəcəyəm ki, burada Rusiyanın iqtisadi, hərbi, sərhəd kimi varlığı mövcuddur. Baş konsulluğun açılması isə bu mövqelərimizi möhkəmlənməyə doğru daha bir addımdır”.
- Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi
- Barat Yusubov işdən çıxarılır: həbs edilir – Milyonlar necə yeyilib?
- Onların əmlaklarının sığortasında nöqsanlar aşkarlandı
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı