Baş verənlərdən artıq Ermənistanın genişmiqyaslı təxribat hazırlığında olduğu açıq şəkildə görünür. Rəsmi İrəvan bütün hədləri keçir və körpüləri yandırır.
Bu sözləri BUTA.TV-a Ermənistan ordusunun bu gün səhər saatlarında “Laçın” postunu atəşə tutması və sərhədçimizin yaralanması barədə danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert düşmənin başına yenidən dəmir yumruq endirməyin vaxtı çatdığını vurğulayıb:
“Laçın” sərhəd-buraxılış məntəqəmizə bayraqasma mərasimi zamanı atəş açılması, fikrimcə, əvvəlcədən planlaşdırılmış addımdır və düşmən bizə mesaj vermək istəyirik. Əlbəttə ki, Şanlı Ordumuz orada yaralanan əsgərimizin qanını yerdə qoymayacaq. Ermənistanın təxribatçı addımları həm də 10 noyabr üçtərəfli bəyanatının və bütün razılaşmaların üstündən xətt çəkmək deməkdir. Ona görə də Şanlı Ordumuz Ermənistanın mövqelərimizə atəş açdığı nöqtələri birmənalı şəkildə yox etməli, düşmənin başına yenə dəmir yumruq enməlidir. Məsuliyyət isə tamamilə rəsmi İrəvanın üzərinə düşür”.
Qeyd edək ki, bu gün səhər saatlarında “Laçın” postu Azərbaycanın dövlət bayrağının qaldırılma mərasimi zamanı qarşı tərəfdə yerləşən Ermənistan postu tərəfindən atəşə tutulub, nəticədə hərbi qulluqçumuz Elşən Rüstəmov yaralanıb. Eyni zamanda qeyri-qanuni erməni silahlı birləşmələri Füzulidəki mövqelərimizi atəşə tutub. Bundan başqa bu gün saat 11:00 radələrindən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun üzbəüz istiqamətdə yerləşən mövqelərini minaatanlar da daxil olmaqla müxtəlif çaplı silahlardan atəşə tutub.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi