Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən BUTA.TV-a verilən məlumata görə, iyunun 13-də respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 8 ticarət müəssisəsi, o cümlədən 5 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 5 müəssisədə nöqsanlar aşkar olunub.
Həmin müəssisələrdə qida təhlükəsizliyi qeydiyyatına dair çıxarışın olmaması ilə bağlı 1, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 3, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulU ilə bağlı 4, qida məhsullarının açıq şəkildə satışı və qablaşdırılmasına qoyulan tələblərə dair uyğunsuzluqla bağlı 3 nöqsan aşkarlanıb. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.
Yoxlama nəticəsində nöqsanlar aşkar edilmiş müəssisələr haqqında linki vasitəsilə məlumat almaq mümkündür.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi