Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qiymətləndirmə apardığı İranda fəaliyyət göstərən müəssisənin təsdiqinə imtina verib.
Bu barədə BUTA.TV-a AQTA-dan məlumat verilib.
Bildirilib ki, mayın 15-də İranın Bəndər Türkmən şəhərində yerləşən “Kianian Shamal” quş ayağının emalı müəssisəsinin Agentliyin mütəxəssisləri tərəfindən vizualizasiya yolu ilə qiymətləndirilməsi həyata keçirilib.
Vizual baxış zamanı müəssisədə qida obyektlərinə dair gigiyena tələblərinin pozulması ilə yanaşı, bir sıra uyğunsuzluqlar aşkarlandığı üçün “Kianian Shamal” müəssisəsinə təsdiqdən imtina verilib. Həmçinin sözügedən müəssisədə istehsal olunan məhsulların ölkəmizə idxalının müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilib.
Qeyd edək ki, “Qida təhlükəsizliyi haqqında” Qanunun 24.5-ci maddəsinə əsasən, qida və yem məhsullarının Azərbaycan Respublikasının gömrük ərazisinə idxal olunması üçün həmin məhsulların istehsal və emal edildiyi qida obyektləri həmin obyektlərə cavabdeh qida subyektlərinin müraciəti əsasında Agentlik tərəfindən təsdiq edilməlidir. AQTA bir daha bəyan edir ki, təsdiq edilməmiş xarici qida obyektlərindən məhsulların idxal olunmasına məhdudiyyət tətbiq oluna bilər.
- Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi
- Barat Yusubov işdən çıxarılır: həbs edilir – Milyonlar necə yeyilib?
- Onların əmlaklarının sığortasında nöqsanlar aşkarlandı
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı