Azərbaycan 1 milyon məcburi köçkünü öz doğma yurdlarına qaytarmaq üçün intensiv yenidənqurma işləri aparır. 30 illik işğal müddətində Azərbaycan ərazilərində 1 milyon mina basdıran Ermənistan isə hələ də qeyri-leqal olaraq Qarabağa mina daşıyır.
BUTA.TV xəbər verir ki, bunu millət vəkili Vüqar Bayramov qeyd edib.
O vurğulayıb ki, revanşist meyillər ilə Ermənistan regionda dayanıqlı sülhün formalaşmasına imkan vermir:
“Amma Azərbaycan Ordusu istənilən təxribata cavab vermək gücündədir. Təbii ki, regionun inkişafı üçün ən məqbul yol qarşıdurma yox, qarşılıqlı olaraq ərazi bütövlüyü və suverenliyin tanınmasına xidmət edəcək sülh müqaviləsini imzalamaqla yeni səhifəni açmaqdır.
Ermənistanın təxribatlarına rəğmən Qarabağ və Şərqi Zəngəzurda bərpa işləri davam edir. Ötən il işğaldan azad olunan ərazilərimizdə yenidənqurma işlərinə 4 milyard 315 milyon manat ayrılıb. Bütövlükdə son 2 ildə bu istiqamətə 6.5 milyard manat yönəldilib. 2022-2026-ci illərdə isə işğaldan azad olunan ərazilərimizin bərpa və yenidən qurmasına 19.2 milyard manatın ayrılması nəzərdə tutulub”.
Millət vəkili bildirib ki, Qarabağda ərazilərin 15 faizi minalardan təmizlənib:
“Artıq bu ilin sonunda Böyük Qayıdışın yeni mərhələsinə başlanılacaq. 2026-cı ilədək isə 40 minə yaxın ailə, bütövlükdə 150 mindən çox vətəndaşımız 30 ildən sonra öz ata-baba yurdlarına qayıdacaqlar”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu