Qarabağda hərbi toqquşmalar yaşanıb. Səbəblərə baxaq: Laçın yolunda yerləşən Azərbaycan “ekoloji postu” Ermənistana Qarabağa silah ötürməyə imkan vermir. Buna görə də Ermənistan başqa marşrutla silah ötürməyə başlayıb. Üçtərəfli razılaşmaya əsasən, Ermənistanın başqa yollardan istifadə etmək, Qarabağda öz ordusuna sahib olmaq hüququ yoxdur. Ona görə də Azərbaycan Ermənistandan Qarabağa gedən silahlarla maşını saxlayıb. Atışma olub. İndi Azərbaycan, görünür, bu yolda tamhüquqlu hərbi gömrük postunun yaradılmasını tələb edəcək, silahların başqa yollarla daşınmasının qarşısını almaq üçün öz qoşunlarını gücləndirəcək.
BUTA.TV xəbər verir ki, bunu erməni separatçılarının Qarabağda törətdiyi təxribatı şərh edən rusiyalı politoloq Sergey Markov deyib.
“Rusiya Azərbaycana daha çox dəstək verəcək. Çünki Ermənistan getdikcə daha çox Rusiyanın düşmənlərinə doğru irəliləyir. İrəvan AB-nin 100 nəfərlik hərbi-mülki missiyasını, əslində isə NATO-nun desantını təzəcə əldə edib. Yeganə məqsəd Rusiyanı regiondan sıxışdırıb çıxarmaqdır”, - o bildirib.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu