Əgər Ukrayna Silahlı Qüvvələri uğurlu əks-hücum əməliyyatı keçirsə, o zaman Rusiya Prezidenti Vladimir Putin Kremldən qovula bilər və onun ordusu dağılacaq.
BUTA.TV xəbər verir ki, bunu Britaniya Baş Qərargahının keçmiş rəhbəri, general Riçard Dannat "Skay Nyus" telekanalının efirində bildirib.
O, söyləyib ki, ukraynalılar yazın sonu - yayın əvvəlində əks-hücum keçirəcəklər. "Bu, düzgün planlaşdırma və müttəfiqlərdən avadanlıq və sursatların davamlı tədarükü ilə mümkündür".
Generalın sözlərinə görə, belə olan halda bu il döyüş meydanında həlledici nəticə əldə etmək üçün real şans var.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu