Bolqarıstanın paytaxtı Sofiyada keçirilən Dan Kolov - Nikola Petrov turniri başa çatıb.
BUTA.TV xəbər verir ki, yarışın son günündə iki güləşçimiz final görüşünə çıxıb.
Mariya Stadnikin (50 kq) qazaxıstanlı Svetlana Ankiçevayla qarşılaşması cəmi 35 saniyə çəkib. Qadınlardan ibarət yığmanın lideri rəqibinə tam üstünlüklə (10:0) qalib gələrək cari ildə ilk titulunu qazanıb.
125 kq-da çıxış edən sərbəst güləşçi Georgi Meşvildişvili isə həlledici görüşdə iranlı Mustafa Tağaniylə üz-üzə gəlib. İlk hissəni 2:0 öndə tamamlayan milli üzvü ikinci yarıda üstünlüyünü bir qədər də artırıb. Yekunda 7:2 hesablı qələbə qazanan Meşvildişvili fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Bununla Azərbaycan güləşçiləri ənənəvi yarışda ümumilikdə 4 medal qazanıblar. Daha öncə sərbəst güləşçilərdən İntiqam Vəlizadə (61 kq) gümüş, İbrahim Yusubov (92 kq) isə bürünc medal əldə edib.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu