Britaniya hakimiyyəti 2018-ci ildə Solsberi hadisəsini öz əhalisini Rusiya ilə qarşıdurmaya hazırlamaq üçün uydurdu.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın Böyük Britaniyadakı səfirliyinin məlumatında deyilir.
“2018-ci ildə bu təxribat hələ də ölkələrimiz arasında münasibətlərdə o vaxt mövcud olan konstruksiyanı sökmək üçün istifadə edilmiş tək bir insident kimi görünə bilərdi. İngilislər Solsberidəki kimyəvi insidenti öz əhalisini və müttəfiqlərini indi Ukraynada hərbi-siyasi müstəviyə çevrilmiş qarşıdurmaya hazırlamağa başlamaq üçün uydurdular”, - deyə bildirilib.
Xatırladaq ki, 2018-ci il martın 4-də Böyük Britaniyanın Solsberi şəhərində Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş polkovniki Sergey Skripal və qızı Yuliya “noviçok” sinir qazından zəhərlənmişdilər. Daha sonra London bu maddənin Rusiyada istehsal olunduğu iddiası ilə bağlı açıqlama verdi və bu əsasla Moskvanı hadisədə əli olmaqda ittiham etdi.
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video
- Bu məktəb və liseydə nümunəvi mülki müdafiə məşqi keçirildi