Bakıda mağazaya silahlı basqın edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, yanvarın 22-si saat 20 radələrində paytaxtın Xətai rayonu, X.Rüstəmov küçəsi, 23 saylı ünvanda yerləşən mağazada qeydə alınıb.
Belə ki, şəxsiyyəti istintaqla məlum olmayan şəxs obyektə müştəri qismində daxil olub. Daha sonra o, mağazada satıcı işləyən Gülçöhrə Səxavət qızı İsmayılovaya həyat və sağlamlığı üçün təhlükəli zorakılıqla basqın edib, silah qismində istifadə etdiyi bıçaqla vuracağı ilə hədələyib. Həmin şəxs içərisində 160 manat məbləğində pul olan 25 manat dəyərində çantanı və kassada olan 30 manat məbləğində pulu götürərək ərazidən uzaqlaşıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məclləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu