Yaşadığımız coğrafiya elədir ki, yaxşı mənada iddiası olan hər bir qadın üçün çətindir.
BUTA.TV xəbər verir ki, bu sözləri “Teleqraf” Media Qrupunun rəhbəri, əməkdar jurnalist Aynur Camalqızı Real TV-nin “Göstərir radio” proqramında qeyd edib.
Aynur Camalqızı qeyd edib ki, Qarabağ onun nəslinin taleyini müəyyənləşdirib:
“Cəmiyyətimizdə bəziləri Qarabağla bağlı pessimist düşüncədə idilər. Ancaq mən elə bir gün, saat olmurdu ki, buna şübhə edim – Qarabağı qaytaracağımıza, Şuşaya yenidən qayıdacağımıza əmin idim. Bu, həm də bizim taleyimizə təsir edib. Qarabağ olmasaydı, bəlkə də heç jurnalistikaya gəlməzdim”.
İş və şəxsi həyat arasında tarazlığı qorumaqla bağlı suala isə A.Camalqızı bildirib ki, bunu qorumaq həddən artıq çətindir:
“Övladlarım həmişə məndən narazılıq edirlər, çünki onlara az vaxt ayırıram. Bu baxımdan ideal ana və ya ideal xanım olduğumu qətiyyən iddia etmirəm”.
Onun sözlərinə görə, insan səhv edə-edə və səhvindən nəticə çıxararaq formalaşır:
“Hərdən düşünürəm ki, kaş indiyə qədərki həyatımı yenidən yaşayaydım, ancaq bu yaşımdakı təcrübə ilə. Amma təəssüf ki, bu, mümkün deyil. Təsəvvür edin ki, 18-20 yaşlı insanla 40 yaş arasında nə qədər fərq var. Buna baxmayaraq, səhvlərdən sığortalanmamışıq. İndinin özündə də səhvlər edirəm”.
Daha ətraflı videoda:
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu