Naxçıvan Muxtar Respublikasında nağdsız əməliyyatlara görə əlavə dəyər vergisinin qaytarılması məbləği 17,5 faizə qaldırılıb
BUTA.TV Report-a istinadən xəbər verir ki, bu göstərici nağdsız əməliyyatlara görə 15 faizdən 17,5 faizə qaldırılıb.
Nağd əməliyyatlara görə isə 10 faizdən 5 faizə endirilib.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında ötən ilin dekabr ayından pərakəndə ticarət və ya iaşə obyektlərində yeni nəsil nəzarət kassa aparatlarının quraşdırılması ilə paralel olaraq, alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesinə başlanılıb.
Bu qaydalar supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin qaytarılması üçün tətbiq edilir. Yanacaqdoldurma məntəqələrindən neft və qaz məhsullarının alışı zamanı ödənilən ƏDV, həmçinin 2022-ci il oktyabrın 1-dən etibarən isə istehlakçılar tərəfindən alınmış alkoqollu içkilərə və tütün məmulatlarına münasibətdə ƏDV geri qaytarılmır.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu