Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən yanvarın 15-də inzibati rəhbər vəzifələrə aid olan AB, AC və inzibati icraçı vəzifələrə aid olan BA, BB vəzifə qruplarına uyğun vəzifələr üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üçün test imtahanı keçirilib.
DİM-dən BUTA.TV-a bildirilib ki, AB, AC, BA vəzifə qrupları üzrə olan imtahan kompüter vasitəsilə keçirilib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda ona imtahanın nəticələrinə dair arayış təqdim olunub. Bu imtahanda 50 namizəd iştirak edib. İmtahanın nəticələrinə əsasən, 20 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.
Qeyd edək ki, test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədəolma müddəti 5 ildir.
Elektron imtahanın nəticələri ilə bağlı Apellyasiya komissiyası yanvarın 16-dan 18-dək saat 14:00-dan 17:00-dək DİM-də fəaliyyət göstərəcək. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299.
BB vəzifə qrupuna aid olan vəzifələr üzrə kağız daşıyıcılar vasitəsilə keçirilən imtahanın nəticələri isə 2 gün ərzində elan olunacaq.
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?
- Bakı-Quba yolunda “Bentley” dəfələrlə aşaraq, 500 metr... - Video
- Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
- Bakıda ad günündə ərini öldürən qadına hökm oxundu
- Bakının mərkəzi küçəsində hərəkət zolaqlarının sayı artırıldı
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto