Azərbaycanın Qarabağ iqtisadi zonasına sığınaraq, öz varidatını Qərbin sanksiyalarından qorumağa çalışan rusiyalı milyarder Ruben Vardanyanın Xankəndidən qaçacağı barədə məlumata daha biri əlavə olunub.
BUTA.TV xəbər verir ki, İnfoport.am öz mənbələrinə istinadla Ruben Vardanyanın yaxın vaxtlarda separatçıların “dövlət naziri” vəzifəsindən azad ediləcəyini yazıb. İddiaya görə, buna səbəb Vardanyanın son qalmaqallı açıqlamaları göstərilir.
Vardanyanın “qalmaqallı açıqlamaları” dedikdə isə onunla Ermənistan Baş naziri Nikol Paşinyan arasındakı konflikt göstərilir. R.Vardanyan hər fürsətdə Paşinyanı tənqid edir, ən sonuncu çıxışında isə “Ermənistan hakimiyyəti bizə heç bir kömək etməyəcəyini bildirdi” deməklə, Paşinyanı hədəfə çıxarmışdı.
Qeyd edək ki, bundan öncə R.Vardanyanın Rusiyadakı və Ermənistandakı bütün əmlaklarını sataraq, məxfi şəkildə Britaniyaya yerləşdirdiyi haqda məlumat yayılmışdı. Bildirilirdi ki, Vardanyan Qarabağda qalmağın “perspektivsizliyini” anlayıb və aradan çıxmağa hazırlaşır.
Ümumiyyətlə isə onun Qarabağa sığınması öz var-dövlətini sanksiyalardan qorumağa hesablanmışdı. Çirkli yollarla milyardlıq varidat toplayan Vardanyan Qarabağın təbii sərvətləri hesabına pul qazanmağa davam edəcəyini və çirkli pullarını yuyacağını hesablamışdı. Məhz buna görə də 10 dekabr 2022-ci ildə Azərbaycan mütəxəssislərinin yataqlarda monitorinqinə imkan verməmək üçün “aksiya” təşkil etmişdi.
Vardanyanın öz hiyləsi öz başında çatlayandan – ekoloji terroruna qarşı azərbaycanlı ekofəalların aksiyası başlayandan sonra isə ona münasibət də dəyişdi. Artıq hər kəs anladı ki, Vardanyan yalnız sərvətini qorumaq və artırmaq üçün Qarabağdakı erməni icmasından sui-istifadə edir.
Bundan sonra isə onun sərvətini Britaniyaya daşıdığı, özünün isə qaçmağa hazırlaşdığı haqda məlumat yayıldı. Görünür, Vardanyan “üzusulu” getmək üçün “vəzifədən çıxarılmasına” çalışır.
- Saleh Məmmədov dövlətin 1 milyardını talayıb - Şok
- Dövlət sifarişi ilə oxuyan tələbələrdən pul tələb oluna bilər?
- Bakı-Quba yolunda “Bentley” dəfələrlə aşaraq, 500 metr... - Video
- Expressbank növbəti ekoloji layihəyə tərəfdaşlıq edib
- Bakıda ad günündə ərini öldürən qadına hökm oxundu
- Bakının mərkəzi küçəsində hərəkət zolaqlarının sayı artırıldı
- Qadın sürücü “Rənc Rover”i aşırdı - Video
- Nizami Kino Mərkəzinin fasadına ciddi ziyan vuruldu - Foto