Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video

19:04 - 6 May 2026 - GÜNDƏM

 Uşaqların internetdə üzləşə biləcəyi risklərlə bağlı - Video

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) uşaqların internet mühitində üzləşə biləcəyi risklərlə bağlı maarifləndirici sosial videoçarx hazırlayıb.

BUTA.TV ETX-ya istinadən xəbər verir ki, rəqəmsal mühitdə aktiv olan uşaqlar interneti əksər hallarda yalnız əyləncə vasitəsi kimi qəbul edirlər. Lakin virtual aləmdə qarşı tərəfin kimliyini müəyyən etmək hər zaman mümkün olmur. Tanınmayan profillər, təsadüfi linklər və ya adi görünən ünsiyyət halları belə onların fərdi məlumatlarının risk altına düşməsi ilə nəticələnə bilər.

Hazırlanan videoçarxda bu kimi risklərdən bəhs olunur, həm uşaqlara, həm də valideynlərə diqqətli davranmağın vacibliyi xatırladılır.

Bu xəbər hal-hazırda çox oxunur
Şəkidə ağır qəza: ölən var

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol