Quba rayonunun bir sıra ərazi vahidlərinin adlarının dəyişdirilməsi haqqında Milli Məclisin qərar layihəsi hazırlanıb.
BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə sənəd parlamentin Regional məsələlər komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Layihəyə əsasən, Qubanın Vladimirovka kənd inzibati ərazi dairəsinin tərkibindəki Vladimirovka kəndi Elbir kəndi adlandırılacaq. Vladimirovka kənd inzibati ərazi dairəsi isə Elbir kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Həmçinin, sənəddə qeyd edilib ki, rayonun Alekseyevka kənd inzibati ərazi dairəsi tərkibindəki Alekseyevka kəndi Çinarlı kəndi, Timiryazev kəndi Bəhrəli kəndi adlandırılacaq. Alekseyevka kənd inzibati ərazi dairəsi isə Çinarlı kənd inzibati ərazi dairəsi hesab ediləcək.
Xatırladaq ki, Qubanın kəndlərinin adlarının dəyişdirilməsi Milli Məclisin Toponimiya komissiyasının tövsiyəsi ilə hazırlanıb.
- Bu ərazilərə qar yağır
- Ziyabəddin Hüseynova yüksək vəzifə verildi - Foto
- I sinfə şagird qəbulu başladı
- "Highland Residence"də tam təmirli mənzillər 20 ilədək ipoteka imkanı ilə
- Hacı Vəliyevə hökm oxundu
- Baş bankirdən maaş alanlara müjdə
- Qubanın bu kəndlərinin adı dəyişdirilir
- “Birbank”dan onlayn nağd kredit rəsmiləşdirin, 1000 bonus...