6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?

07:02 - 5 May 2026 - GÜNDƏM

 6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır?

Hazırda əksər müəllimlər tarix fənni dərsliklərinin çox ağır olduğunu və şagirdlərin bundan əziyyət çəkdiyini deyirlər. Hətta yaxın günlərdə müəllimlərdən biri 6-cı sinif Azərbaycan tarixi kitabında ibtidai icma quruluşu mövzusunun 63 səhifəni əhatə etdiyini göstərib, etirazını bildirmişdi. Bəli, bir mövzunun bu qədər geniş olması şagirdlərə fayda vermir.

Bu sözləri BUTA.TV-a açıqlamasında təhsil eksperti Ramin Nurəliyev dərsliklərin çox yüklü olmasını bəhs edərkən deyib.

Ekspertin sözlərinə görə, bu gün ölkəmizdə universitetə hazırlıq prosesi çətindir:

“Orta təhsil məktəblərində və ya ali təhsil müəssisələrinə hazırlıq istiqamətində dərsliklər, eləcə də suallar asan olmalıdır. Abituriyentin 5-6 fənndən imtahan verdiyini və təkcə tarixdən nə qədər kitab oxumalı olduğunu nəzərə alsaq, vəziyyətin ciddiyətini anlayarıq.

Bu xəbər hal-hazırda çox oxunur
Bakıda əməliyyat: saxlanılanlar var - Video

Biz imtahanları çətinləşdirdikcə, uşaqlar ali təhsil üçün xarici ölkələrə daha çox üz tutur”.

Ekspert bildirib ki, qəbul imtahanlarında ümumi tarixdən sual salınmasının əleyhinədir:

“Hətta buna Qazaxıstanı nümunə də çəkə bilərəm. Onlarda coğrafiya, tarix və ana dili fənlərindən ancaq ölkə üzrə suallar tərtib olunur”.

Ekspert qeyd edib ki, bu istiqamətdə müəyyən tənzimləmələr həyata keçirilə bilər:

“Məncə, fənlərin və ya mövzuların sayını azalda, hətta imtahanlarda öz tarix, ədəbiyyat və ya coğrafiyamızdan suallar sala bilərik”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol