Mayın 3-dən 4-nə keçən gecə Moskvanın mərkəzinə PUA hücumu edilib.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiya Teleqram kanalları məlumat yayıb. Məlumata görə, hücum zamanı PUA hündürmərtəbəli yaşayış binasına çırpılıb.
Moskva meri Sergey Sobyanin də faktı təsdiqləyib.
“"İlkin məlumatlara görə, dron Mosfilmovskaya rayonundakı binaya dəyib. Xəsarət alan olmayıb. Hadisə yerində yardım xidmətləri işləyir”, - mer bildirib.
“Exilenova+” Teleqram kanalı da yazıb ki, Moskvada binaya çırpılan PUA FP-1 tipli tam zərbə dronu olub.
"Bu, uzun müddət sonra Kremlin yaxınlığında Ukrayna hücum dronlarının ilk dəfə qeydə alındığı haldır", - kanal bildirib.
“Azadlıq” radiosunun jurnalisti Mark Krutovun sözlərinə görə, Ukraynaya məxsus pilotsuz təyyarə “Pantsir” raketdən müdafiə sistemini uğurla keçərək, Kremldən cəmi 6 kilometr aralıda yerləşən Moskvanın elit rayonunda yaşayış binasına zərbə endirib.
- Sabah hava necə olacaq?
- TIR-la “Mersedes” toqquşdu: ölən var - Foto
- Kəndlərdə doludur: qramı 100 manata satılır - Foto
- Subbakalavrların ali təhsil müəssisələrinə qeydiyyatı başladı
- DTX-nin saxladığı şəxsə hökm oxundu
- “Azərlotereya” “Bakı Marafonu 2026”nın tərəfdaşı oldu
- Kəndlidən ucuz alınır, Bakıda bir neçə dəfə baha satılır - Səbəb
- Ağgöldən möhtəşəm görüntülər - Video