İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

14:36 - 1 May 2026 - GÜNDƏM

 İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Müdafiə Nazirliyinin (MN) "İstirahət evi"nin rüşvət almaqda təqsirləndirilən sabiq rəisi mayor İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxılıb.

BUTA.TV Report-a istinadla xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, ona aşağı həddindən aşağı cəza təyin olunub və məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, o, 2025-ci ilin oktyabr ayında həbs olunub.

İlham Haqverdiyev Cinayət Məcəlləsinin 311-ci (rüşvət) maddəsi üzrə ittiham olunur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol