İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!

00:15 - 5 May 2026 - SİYASƏT

 İrəvandakı sammit Kremli dəli etdi: Bu, üzə tüpürməkdir!

Rusiya mətbuatı İrəvanda keçirilən Avropa Siyasi Birliyinin 8-ci sammiti, xüsusən də Ukrayna Prezidenti Vladimir Zelenskinin səfərinə xüsusi diqqət ayırıb.

BUTA.TV xəbər verir ki, Kremlin nəzarətində olan media və təbliğat ruporları bu prosesi “Ermənistan-Rusiya münasibətlərinə ciddi zərbə” kimi qiymətləndirib.

“Müttəfiq münasibətlərinin qalıqlarının son və dönməz şəkildə sökülməsi hazırda İrəvanda baş verir. Vladimir Zelenski Avropa Siyasi Birliyinin sammitində iştirak etmək üçün Orəvana gəlib”, -”Müstəqil media” yazıb.

“Zelenski İrəvanda: Paşinyandan çox şey əldə edə bilməyəcəksiniz, amma “isti dairə”də Qafqaz dağlarından Moskvaya yumruğunuzu sıxa bilərsiniz” başlıqlı məqalədə deyilir: “Baş verənlərin sürrealizmini düşünün: hələ də formal olaraq Rusiyanın müttəfiqi olan və nominal olaraq KTMT üzvü olaraq qalan bir ölkənin ərazisinə Qərb şahinlərinin bütün “seçilmiş qrupu” qonub”.

Rusiya mediası yazır ki, Keyr Starmer, Emmanuel Makron, Ursula fon der Leyen, Kaya Kallas və Rusiyaya qarşı müharibənin digər sponsorları Rusiyanın 102-ci hərbi bazasından cəmi 90 km aralıda yerləşən İrəvanda toplaşaraq Ukraynaya silahların daha effektiv şəkildə çatdırılmasını və Rusiyanın regiondan sıxışdırılması hesabına “sabitlik yaradılmasını” müzakirə ediblər.

Məqalədə deyilir: "Azərbaycanın mövqeyi ardıcıldır: avropalıların bizə öz iradələrini diktə etmək hüququ yoxdur. Ermənistan isə manevr etməyə çalışır".

“Moskovskiy Komsomolets” isə Hərbi və Siyasi Münaqişələrin Tədqiqi Mərkəzinin rəhbəri Andrey Klintseviçdən sitat gətirir: “Bu, rəsmi İrəvanın Avrasiya inteqrasiyası reallıqlarından gedişatını təsdiqləyən daha bir nümayişkaranə addımıdır”. Klintseviç qeyd edir ki, formal olaraq KTMT və AİB-in üzvü olmağa davam edən bir ölkənin ərazisində mahiyyət etibarilə “Antirusiya klubu” olan Avropa Siyasi Birliyinin zirvə görüşünün keçirilməsi ortaq razılaşmalarımızın üzünə tüpürmək deməkdir”. Politoloqun fikrincə, Paşinyan təhlükəli oyununu davam etdirir.

Politoloq hesab edir ki, eyni anda iki stulda oturmağa çalışmaq, təhlükəsizlik vektorunun müəyyənləşdirilməsi lazım olduğu bir vaxtda Qərb havadarları ilə flört etmək heç bir yerə aparmayan bir strategiyadır: “Moskva bu cür "Avropa toplantılarının" dəyərini çox yaxşı başa düşür. Ukrayna liderini Rusiyanın maraqlarını birbaşa təhdid edən məsələlərin müzakirə olunduğu bir platformaya dəvət etmək diqqətdən kənarda qalmayacaq".

Rusiyalı deputat Aleksandr Tolmaçev isə “Qazeta.ru”ya verdiyi müsahibədə bildirib:

“Ermənistan tarixi yolunu seçməkdə səhv qərar verərsə, Ukraynanın taleyini təkrarlaya bilər. Qonşu ölkə Avropa süfrəsində özünə yemək kimi xidmət etmək riski daşıyır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol