AAYDA-nın 3 qurumu ləğv olundu

15:04 - 5 May 2026 - GÜNDƏM

 AAYDA-nın 3 qurumu ləğv olundu

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 1, 2 və 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması Məhdud Məsuliyyətli cəmiyyətləri ləğv olunduqlarını elan ediblər.

BUTA.TV İqtisadiyyat.az-a istinadla xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini MMC-lərin hüquqi ünvanlarına təqdim edə bilərlər.

Qeyd edək ki, 1 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Əli Hüseyn oğlu Hünbətov, 2 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru Səxavət Həsən oğlu Aslanov, 3 nömrəli Avtomobil Yollarının Yaşıllaşdırılması MMC-nin direktoru isə Ustubat Heydər oğlu Niftəliyevdir.

Xatırladaq ki, daha əvvəl "1 №-li Regional Avtomobil Yollarının Yaşıllaşdırılması və Ekologiyası" MMC ləğv olunduğunu elan edib.

Bu xəbər hal-hazırda çox oxunur
Bu tarixdə Bakıya gedə biləcəm - Nikol Paşinyan

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol