WUF13 zamanı nəqliyyatın təşkili baxımından “yaşıl dəhliz” prinsipi tətbiq olunacaq.
BUTA.TV xəbər verir ki, bunu WUF13 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə Daxili İşlər Nazirliyi Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib.
O bildirib ki, xüsusi ayrılmış marşrutlar üzrə fasiləsiz hərəkət təmin ediləcək, zəruri hallarda yol kəsişmələrində prioritet keçid veriləcək, iştirakçıların vaxtında və təhlükəsiz şəkildə təyinat nöqtəsinə çatdırılması təmin olunacaq: “Bu məqsədlə müvafiq tədbirlər görüləcək, həm yol hərəkətinin təşkili, həm də təhlükəsizlik tədbirləri paralel şəkildə həyata keçiriləcək. Eyni zamanda, tədbirin açılış günü, 18 may tarixində hərəkətin intensivliyi nəzərə alınaraq bəzi istiqamətlərdə müvəqqəti dəyişikliklər edilə bilər. Bu dəyişikliklər əsasən yüksək səviyyəli qonaqların və rəsmi nümayəndə heyətlərinin hərəkətini təmin etmək məqsədi daşıyır. Lakin ümumilikdə yolların tam bağlanması nəzərdə tutulmur, yalnız zəruri hallarda qismən istiqamət dəyişiklikləri tətbiq oluna bilər”.
- Cabir ölümünü hiss edirdi - Qardaşı
- WUF13 zamanı bu, qayda pozuntusu hesab olunacaq
- WUF13 günlərində Bakıda yollar tam bağlanacaq?
- "Qarpız" yükündən 31 kq narkotik çıxdı - FOTO
- Azərbaycanda 20 yaşlı tələbə futbol oynayarkən öldü - Foto
- Nazir Bərdənin rəisini Şəmkirə göndərdi
- Türkiyədə təlimdə atış çalışmaları icra edildi - Video
- Nərgiz Şərifovaya yüksək vəzifə verildi