Özünü “Dr. Gülü” kimi təqdim edib, “Uğur-777” estetik klinikasında pasiyentinin çılpaq görüntülərini yayan Gülbadə Abdullayevanın intihara cəhd etdiyi haqda məlumat yayılıb.
TƏBİB-dən BUTA.TV-ın sorğusuna cavab olaraq bildirilib ki, 05.05.2026-cı il tarixində saat 21:00 radələrində 1991-ci il təvəllüdlü şəxs (qadın) halsızlıq və ürək bulanması şikayətləri ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub:
“Tibb müəssisəsinin müvafiq şöbəsində ona zəruri tibbi xidmətlər göstərilib. Bir müddət sonra vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb”.
Qeyd edək ki, Abdullayevanın özünü jurnalist kimi təqdim edən şəxslərin davamlı təzyiqinə məruz qaldığı üçün sirkə turşusu içərək, özünə qəsd etməyə çalışdığı iddia olunur.
Xatırladaq ki, Gülbadə Əliyevanın saxta diplomla və lisenziyası olmadan çalışdığına dair xəbərlər yayılmışdı.
- Heydər Əliyevin 103-cü ildönümü: Xətaidə tədbir keçirildi - Video
- Tanınmış vəkil vəfat etdi - Foto
- Doktor Gülü intihara cəhd etdi - Açıqlama
- Almaniya onu Azərbaycana ekstradisiya edir
- Bakcell “Spark @ LANDAU” proqramının innovasiya tərəfdaşıdır
- FHN WUF13-ə hazırlıq çərçivəsində otellərdə təlimlər keçirir - Video
- Azərbaycan 3 yeni kamikadze dron istehsal etdi - Foto
- WUF13-ün proqramı açıqlandı