Bakı şəhəri, Nərimanov rayonu, H.Əliyev prospekti, ev 99/2 ünvanında yerləşən, fiziki şəxs Qoşqar Hidayət oğlu Aslanova məxsus unlu qənnadı məmulatlarının emalı müəssisəsində plandankənar yoxlama keçirilib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, baxış zamanı texniki normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib. Emal müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, çarpaz çirklənmənin qarşısının alınması üçün şəraitin yaradılmadığı, havalandırma sisteminin qurulmadığı, avadanlıqların mütəmadi təmizlənmədiyi, soyuducu rəflərinin korroziyaya uğradığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkarlanıb.
Nöqsanlar aradan qaldırılanadək müəssisədə istehsal dayandırılıb, rəhbərliyi barəsində inzibati protokol tərtib olunub.
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi