Ukrayna Türk Dövlətləri Təşkilatının potensialını yüksək qiymətləndirir və "TDT+" formatının inkişafını alqışlayır. Müharibə başlamazdan əvvəl Ukrayna TDT ilə əməkdaşlığın dərinləşdirilməsi formatlarını nəzərdən keçirirdi və bu məsələ hazırda da gündəmdə qalır.
BUTA.TV xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev Teleqraf İnformasiya Agentliyinə müsahibəsində deyib.
"Krım tatar xalqı Ukraynanın yerli türk xalqıdır və Krım tatar dili Azərbaycan dilinə çox yaxındır. Biz TDT-yə üzv dövlətlərlə, xüsusilə iqtisadiyyat, energetika, ticarət, logistika, nəqliyyat, təhsil və mədəniyyət sahələrində praktiki əməkdaşlıqda çox maraqlıyıq.
Bu gün Ukraynanın əsas prioriteti ədalətli sülhə nail olmaq və ölkənin bərpasıdır. Eyni zamanda əminik ki, Ukrayna, Azərbaycan və Türkiyə kimi uzunmüddətli strateji tərəfdaşlar arasında əməkdaşlıq, eləcə də TDT ilə münasibətlərin dərinləşdirilməsi Xəzər-Qara dəniz regionunda regional təhlükəsizliyin möhkəmləndirilməsinə və iqtisadi inkişafın sürətlənməsinə töhfə verəcək", - səfir əlavə edib.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu