İran etirazçıları dəstəklədiklərinə görə Böyük Britaniya, Almaniya, Fransa və İtaliyanın Tehrandakı səfirlərini Xarici İşlər Nazirliyinə çağırıb.
BUTA.TV xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, sözügedən ölkə hökumətlərinin İranda baş verən etiraz aksiyalarını dəstəkləməsindən sonra səfirlərlə görüş keçirilib. Görüş zamanı İran rəsmiləri etirazçıların zorakı hərəkətlərini əks etdirən video sübutları təqdim edərək, bu aksiyaların dinc nümayişlər çərçivəsindən kənara çıxdığını vurğulayıblar.
Tehran səfirlərdən göstərilən görüntüləri birbaşa öz xarici işlər nazirlərinə çatdırmağı xahiş edib və hökumətlərini etirazçıları dəstəkləyən rəsmi bəyanatlarını geri götürməyə çağırıb.
Məlumatda qeyd olunub ki, İran nümayişlərə hər hansı siyasi və ya media dəstəyini qəbuledilməz hesab edir və bunu ölkənin daxili təhlükəsizliyinə müdaxilə kimi qiymətləndirir.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu