Rusiya əhalinin banklarda olan əmanətini istifadə etməyə hazırlaşır.
BUTA.TV xəbər verir ki, bu sözləri sabiq maliyyə naziri Fikrət Yusifov Planet TV-yə müsahibəsində deyib. O bildirib ki, Rusiya hazırda vergiləri qaldıra bilmir, çünki maksimum səviyyədə artırıb, o cümlədən əlavə investisiya cəlb edə bilmir, bəlli səbəblərdən borc götürmək imkanı da yoxdur:
“Rusiya bütün resurslarını xərcləyib və hazırda son variant kimi əhalinin əmanətlərindən istifadə etməyi nəzərdən keçirir. Rusiya əhalisinin banklarda 61 trilyon rublu var və bu, təxminən, 800 milyard dollara yaxın vəsait deməkdir. Bu, Rusiyanın 2022-ci ildə başlayan müharibədən indiyədək xərclədiyi vəsaitdən daha çoxdur. Yəni bu vəsait Rusiyaya kömək edə biləcək”.
F.Yusifov onu da deyib ki, bu, faktiki müsadirə olsa da, Rusiya rəsmiləri bunu belə adlandırmır:
“Deyirlər ki, lazım olduğu üçün götürülür və insanları vətən naminə buna normal yanaşmağa çağırırlar, guya 5-10 ildən sonra dividentləri ilə birgə qaytarılacaq. Ancaq 10 ildən sonra nələr olacağını kimsə bilmir”.
- "Avroviziya"da təmsilçimiz ikinci çıxış edəcək
- 11 rayonda yeni su təchizatı şəbəkəsi yaradılır
- Bu ərazilərdə qaz olmayacaq
- Naxçıvan Ali Məclisi yalan məlumat yaydı - Kimi aldadır?
- Azərbaycanda ən populyar axtarış sistemləri məlum oldu
- Aynur Kərimovanın rəhbərlik etdiyi şöbə ləğv edildi
- 5 milyona yazılan "inkişaf strategiyası"nın sonu...
- Ziya Məmmədovun qardaşı oğlu ələ keçirdiyi villanı məhkəmədə uduzdu