Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Araik Arutyunyan, Arkadi Qukasyan, Bako Saakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 14-də davam etdirilib.
BUTA.TV xəbər verir ki, məhkəmədə Nahid Həmidov və Nurlan Əlizadə əsir götürülərkən verilən işgəncələrlə bağlı ermənilərin özlərinin çəkdikləri videokadrlar nümayiş etdirilib.
Məhkəmə prosesi iyulun 17-də davam etdiriləcək.
- SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik...
- "Azəriqaz" rəhbərliyi Laçında vətəndaşları qəbul edəcək
- TƏBİB-in Müşahidə Şurasının sədri dəyişdi
- İlham Əliyev sərəncam imzaladı
- Müğənninin ölümünə səbəb olan sürücü bağışlandı
- Prezident bu nazirliyə yeni səlahiyyət verdi
- 28 May-Nizami stansiyaları arasında avtobuslar pulsuz olacaq?
- Xəzərdə güclü zəlzələ oldu