Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və regionlarda fəaliyyət göstərən "playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı araşdırma aparır.
BUTA.TV xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında komitənin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, ekspertlər və digər müvafiq nümayəndələr uşaqların oyun oynadıqları müxtəlif salonlara baxış keçirir və onların standartlara uyğun olub-olmadığını, eləcə də oradakı problemləri araşdırırlar:
"Əgər kimsə bu kimi hallarla rastlaşsa, yaxud bununla bağlı informasiya əldə etsə öncə Komitəyə və müvafiq orqanlara məlumat versin. Mətbuata məlumat verməzdən əvvəl Komitəyə bildirin ki, biz işi görək və nəticəsi barədə informasiya verək".
- 3 ayda 10 min uşağa reabilitasiya xidmətləri göstərilib
- Tovuzda ailə üç uşağından imtina etdi
- Azyaşlıya sükan həvalə edən sürücü məsuliyyətə cəlb olundu
- Tamerlan Qarayev Bakıdadır - Foto
- Yaşar Əməşova yeni vəzifə verildi - Foto
- Sabiq nazirin nəvəsi faciəvi şəkildə öldü
- Azərbaycanda arvadının soyadını götürən kişilərin sayı...
- Bakıda baş verən moped və motosiklet qəzaları - Anbaan video