Çin Xalq Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin aprelin 23-də rəsmi qarşılanma mərasimi olub.
BUTA.TV xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Çin Xalq Respublikasının Sədri Si Szinpin və birinci xanım Pen Liyuan Azərbaycan Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı qarşıladılar.
Çin nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan nümayəndə heyəti isə Çin Xalq Respublikasının Sədri Si Cinpinə təqdim olundu.
Azərbaycan Respublikasının və Çin Xalq Respublikasının Dövlət himnləri səsləndirildi. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan Prezidenti fəxri qarovul dəstəsinin qarşısından keçdi. Dövlət başçıları rəsmi foto çəkdirdilər.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu