ABŞ-la İran arasında üçüncü raundun keçiriləcəyi barədə yayılan xəbərlər müsbət irəliləyişin göstəricisidir. Həm ABŞ Prezidenti Donald Tramp, həm də ayrı-ayrı İran rəsmiləri danışıqların konstruktiv mühitdə davam etdiyini vurğulayıb.
Bu sözləri BUTA.TV-a politoloq Qabil Hüseynli ABŞ-İran danışıqları haqda qeyd edib.
Politoloqun fikrincə, ictimai açıqlamalar Tehranın razılığa gəlməkdə maraqlı olduğunu göstərir:
“İranın bu prosesdə alternativi yoxdur. İranın qarşısında güclü bir dövlət dayanıb. Bu səbəbdən İran, heç olmasa, hansısa razılaşma əldə etməyə çalışacaq”.
Onun sözlərinə görə, Tehran nüvə silahı hazırlamadığını sübut etmək üçün MAQATE-nin ölkəyə girişinə və nüvə obyektlərində araşdırma aparmasına icazə verəcək:
“Təbii ki, gizlədilməsi lazım olanlar artıq gizlədilib. İndi əsas məsələ İranın nüvə silahı yaratmadığını sübuta yetirməkdir. MAQATE nüvə silahına dair dəlil tapmasa, bu, İran üçün ciddi arqument olacaq və onu Trampın qəzəbindən qoruyacaq”.
Politoloq əlavə edib ki, hazırkı mərhələdə İrana müharibə lazım deyil:
“Müharibə İranda ciddi fəsadlara yol aça bilər. Həm də bizim üçün İran-ABŞ müharibəsi arzuolunmazdır - orada milyonlarla soydaşımız yaşayır. İndiki mərhələdə müharibədən ən çox onlar əziyyət çəkəcək. Mən inanıram ki, danışıqlardan müsbət nəticə əldə olunacaq”.
Qeyd edək ki, ABŞ-İran danışıqlarının 3-cü raundu 26 apreldə Omanda keçiriləcək.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu