Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bu barədə xarici saytlar məlumat yayıb.
Məlumatlarda deyilir ki, Suriya və Azərbaycan prezidentləri ötən həftəsonu Türkiyədə keçirilən ilk görüşdə Bakının Suriyanın neft və qaz sektorunun bərpasında necə rol oynaya biləcəyini müzakirə ediblər.
Belə ki, Suriya Prezidenti Əhməd Əl-Şaraa ilə Antalya Diplomatiya Forumu çərçivəsində azərbaycanlı həmkarı İlham Əliyevlə görüşündəki müzakirələrdən xəbərdar olan mənbə bildirib ki, Suriya hökuməti ölkənin şimal-qərbində neft və qaz yataqlarının işlənməsinə kömək etmək istəyir.
Bu ayın əvvəlində İsrail ordusunun Türkiyə qüvvələrinin onları ələ keçirə biləcəyindən narahat olaraq, Suriyadakı üç hərbi bazaya zərbə endirməsindən sonra Azərbaycanda Türkiyə və İsrail rəsmiləri arasında münaqişənin həlli ilə bağlı görüşlər keçirilib.
Suriya hökumətinə yaxın başqa bir mənbə bildirib: "Suriya hər bir regional oyunda tarazlığı saxlamaq istəyir. Neft və qaz yataqlarının istismarında həm Türkiyə, həm də Azərbaycanın iştirak etməsi İsraillə bağlı arxayınlıq yaradacaq".
Xatırladaq ki, yanvar ayında SOCAR-ın Türkiyə filialının baş direktoru Elçin İbadov şirkətin Suriyanın enerji sektorunda iştirak etməyə hazır olduğunu bildirib. O deyib: "Əgər “SOCAR Türkiye”yə ölkələrimizin – Azərbaycan və Türkiyənin ortaq strateji maraqlarına uyğun bir rol verilirsə və bu enerjiyə tələbat varsa, o zaman bunu yerinə yetirmək bizim borcumuzdur”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu