Moskvada Azərbaycan və Rusiya prezidentləri və Ermənistan baş naziri arasında üçtərəfli görüşü gözləmək lazım deyil.
BUTA.TV xəbər verir ki, bunu “Moskva-Bakı”ya müsahibəsində rusiyalı politoloq Dmitri Solonnikov deyib.
“Mayın 9-da keçiriləcək tədbirlərə çox sayda lider gələcək, bu, kifayət qədər irimiqyaslı tədbir olacaq, sıx qrafikə görə belə bir görüş hətta texniki baxımdan da mümkün deyil. Bundan əlavə, son illərdə Ermənistan Rusiyanın guya daha azərbaycanyönlü mövqe tutmasını əsas gətirərək, İrəvan-Bakı münasibətlərinin normallaşdırılmasına dair Moskva ilə üçtərəfli danışıqlar formatından imtina etməyə başlayıb”, - o bildirib.
Solonnikovun sözlərinə görə, İlham Əliyevlə Nikol Paşinyan arasında Moskvada ikitərəfli görüş mümkündür:
“Amma burada da heç bir ciddi nəticə gözləməzdim. Birincisi, ona görə ki, yenə də həm Azərbaycan prezidentinin, həm də Ermənistan baş nazirinin Qələbə paradına görə Moskvaya səfərinin formatı belə nümayişkaranə addımdır. İkincisi, hazırda Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş mümkün deyil, çünki bu sənədi imzalamaq üçün Azərbaycanın ərazi iddialarının konstitusiyadan çıxarılması şərtini Ermənistan yalnız 2027-ci ildə yerinə yetirə bilər. Ermənistanla müvəqqəti sülh müqaviləsi Bakını qane edə bilməz”.
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı
- Bakıda faciəvi şəkildə ölən zabit olub
- Bakıda kafe külə döndü - Video
- Tahir Gözəl “Azərsun Holdinq”in rəhbəri oldu