Bakı və İrəvan münaqişəni institusional şəkildə başa çatdırmalı və həmin gün Minsk Qrupu buraxmalıdır.
BUTA.TV xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplimatik Forumu çərçivəsində azərbaycanlı həmkarı Ceyhun Bayramovla birlikdə keçirilən panel müzakirəsində deyib.
“Biz bir neçə dəfə Minsk Qrupunun buraxılması prosesinə başlamağa və onu başa çatdırmağa hazır olduğumuzu ifadə etmişik. Münaqişə olmayanda bu strukturu buraxmaq mümkündür. Hazırda münaqişə varmı? Ərazidə yoxdur, lakin sənəd üzərində də razılaşma yoxdur. Bizim üçün qərar aydındır. Biz sazişi imzalamalı, həmin gün münaqişəyə institusional olaraq son qoymalı və Minsk Qrupunu buraxmalıyıq. Hansı sənədin daha əvvəl imzalanmasının fərqi yoxdur”, - deyə Mirzoyan vurğulayıb.
Qeyd edək ki, panel iclasında çıxış edən Ceyhun Bayramov sülh sazişi üçün Minsk Qrupunun buraxılması və Ermənistan Konstitusiyasından Azərbaycana torpaq iddialarının çıxarılması şərtini təkrarlamışdl.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı