722 milyon qrivna (təxminən 29 milyon 672 min manat) məbləğində rüşvət almaqda təqsirləndirilən Ukraynanın Dövlət Fiskal Xidmətinin keçmiş rəhbəri Azərbaycan əsilli Roman Nəsirov könüllü olaraq Silahlı Qüvvələrə qoşulub.
BUTA.TV lent.az-a istinadla xəbər verir ki, bu barədə “Transparency İnternational Ukraine” təşkilatı məmurun vəkillərinə istinadən məlumat yayıb.
"Müdafiə tərəfi qeyd edib ki, Nəsirov səfərbərlik zamanı Ukrayna Silahlı Qüvvələri sıralarına çağırılıb, ona görə də məhkəməyə gələ bilmir. O, bunu könüllü edib. Həmçinin, bu əsasda müdafiə tərəfi prosesə xitam verilməsi barədə vəsatət verib", - məlumatda deyilir.
Məhkəmə məlumat toplamaq üçün bu məsələyə baxılmasını təxirə salıb. Növbəti iclas aprelin 11-nə təyin edilib.
Roman Nəsirov iş adamı Oleq Baxmatyukun şirkətlərinə ƏDV-nin ödənilməsi üçün 722 milyon UAH məbləğində rüşvət almaqda ittiham olunur.
Nəsirovun işi məhkəmə araşdırması mərhələsindədir və hökm oxunmaq üzrədir.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı