“Dağlıq Qarabağ”ın ləğvi haqqında fərmanın dərcindən sonra bu məsələ Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılması gündəliyindən çıxarıldı.
BUTA.TV xəbər verir ki, bu barədə Ermənistan XİN “Azadlıq” radiosunun erməni xidmətinin sualına cavab olaraq bildirib.
“Biz keçmişdə dəfələrlə bəyan etmişik ki, Azərbaycanla apardığımız danışıqlarda Ermənistan Dağlıq Qarabağ ermənilərinin təhlükəsizliyini və hüquqlarını təmin etməyə çalışır, o cümlədən bu məsələlərin həlli üçün beynəlxalq mexanizmin yaradılmasına cəhd edir.
Dağlıq Qarabağ ermənilərinin “məcburi köçürülməsi” (ermənilər könüllü olaraq, Azərbaycan vətəndaşlığını qəbul etmədikləri üçün köçüblər və bunu təsdiqləyən video, foto və sübutlar var – red.) və Dağlıq Qarabağın ləğvi haqqında fərman dərc edildikdən sonra bu məsələ Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlətlərarası münasibətlərin tənzimlənməsi gündəliyindən çıxarılıb”, - deyə nazirlikdən vurğulanıb.
Qeyd edək ki, Prezident İlham Əliyev Almaniya Prezidenti Ştaynmayerlə Bakıda mətbuat konfransında Ermənistanın bu məsələni sülh sazişinə salmağa çalışdığını, yalnız antiterror əməliyyatından sonra bu absurd iddiasından əl çəkdiyini bildirmişdi.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı