Qazaxıstan Özbəkistan və Azərbaycanla birgə irimiqyaslı enerji layihəsinin həyata keçirilməsinə başlayıb. Bu layihəyə əsasən Xəzər dənizinin dibi ilə kabel xətti çəkiləcək və Avropa bazarlarına yaşıl enerji ixrac olunacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Səmərqənddə keçirilən “Mərkəzi Asiya-Avropa Birliyi” Samitində çıxış edərkən deyib.
O bildirib ki, bu layihə həm Mərkəzi Asiya, həm də Avropa üçün çox əhəmiyyətlidir.
Prezident qeyd edib ki, Avropa Birliyinin iqtisadiyyatı üçün zəruri olan 34 növ məhsulun 19-u Qazaxıstanda istehsal olunur.
“Uran, titan, mis, volfram, kobalt, litium kimi məhsulların Avropaya göndərilməsi üçün Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutundan istifadə olunur. Bu marşrutla yükdaşımanın həcmi 62 faiz artaraq 4,5 milyon tona çatıb və 2027-ci ildə 10 milyon tona çatacaq. “Global Gateway” strategiyası Mərkəzi Asiya ölkələri, Qərb ilə Şərq arasında birləşdirici funksiyaya malikdir. Bundan səmərəli istifadə hər iki region üçün əhəmiyyətlidir”, - deyə Tokayev bildirib.
- ADY-nin Dərnəgül dayanacağının tikintisi yekunlaşır - Video
- Bu ərazilərə qar yağır
- Bu yollar iki gecə təmir ediləcək
- Prezident qadın hərbçilərlə bağlı bu qanunu təsdiqlədi
- İlham Əliyev pravoslav xristian icmasını təbrik etdi
- FHN: Suçəkmə işləri davam etdirilir - Video
- Qarabağda 800-dək sakin üçün kiçik bizneslər qurulub
- Övladının dəfnində canlı yayım açan atanın iki uşağı əlindən alındı