“Qarabağ” güclü komandadır.
BUTA.TV xəbər verir ki, bu sözləri Bolqarıstanın “Ludaqorets” komandasının baş məşqçisi Georgi Dermenciyev UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində “Qarabağ” klubuna qarşı keçirəcəkləri ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.
O, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun öz işinin peşəkarı olduğunu vurğulayıb: “Uzun illərdir komandada işləməsi buna sübutdur. Lakin biz də rəqibdən çəkinmirik. Əvvəlki oyunlardan fərqli olaraq, bu dəfə başqa planlarla meydana çıxacağıq. Hava şəraiti isti olsa da, sabah hər kəsi çox maraqlı oyun gözləyir”.
Mütəxəssis “Qarabağ” və “Ludaqorets”in oxşar komandalar olduğunu söyləyib: “Bolqarıstanda “Ludaqorets”, Azərbaycanda isə “Qarabağ” öz liqalarının hegemonudurlar”.
Qeyd edək ki, avqustun 6-da keçiriləcək “Qarabağ” – “Ludoqorets” matçı saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 13-də olacaq.
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto
- Bakıda internat məktəbinin yataqxanasında yanğın - Video
- Fermer kartlarına köçürülən 2,6 milyon manat hara yoxa çıxıb?