Qərb İsrailin soyqırımında tərəfdaş olmamaq və Qəzzadakı vəziyyəti həll etmək üçün ona təzyiq göstərməlidir.
BUTA.TV xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Misirlə Fələstin sərhədində yerləşən Rəfah keçid məntəqəsinə səfəri zamanı bildirib.
"Rəfah" sərhəd-keçid məntəqəsi nəqliyyatın hərəkəti üçün bağlıdır, sərhədin o biri tərəfi tamamilə dağıdılıb, 100 metr aralıda insan faciəsi baş verir, soyqırımı həyata keçirilir.
Gün ərzində təxminən 25 yük maşını Qəzzaya daxil ola bilir. Bu qırğını dayandırmasaq, cinayətin ortağı olacağıq, ona görə də əlimizdən gələn köməyi göstərməyə, təzyiqləri artırmağa çalışmalıyıq.Qərb ölkələri, xüsusən də ABŞ susqunluğunu pozmalı, İsrailə təzyiq göstərməlidir, əks halda onlar onun soyqırımında tərəfdaşlarına çevriləcək",- o bildirib.
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır