Almaniya Federal Kəşfiyyat Xidmətinin (BND) əməkdaşları ofislərində dözülməz istilər səbəbindən diqqətlərini işə cəmləyə bilmirlər.
BUTA.TV xəbər verir ki, bu barədə “Bild am Sonntag” nəşri məlumat yayıb.
Məlumata görə, hazırda BND-nin Berlindəki mənzil qərargahı isti sobanı xatırladır, 4 min işçinin çalışdığı ofisdə 3500 ventilyator işləyir ki, bu da kömək etmir. Ofisdə kondisioner yoxdur.
“Bəzən temperatur 30-35 dərəcəyə qalxır. Diqqəti işə cəmləmək çətin olur”, - xidmətin əməkdaşlarından biri nəşrə açıqlamasında deyib.
Nəşr bildirib ki, Federal Kəşfiyyat Xidmətinin mənzil qərargahında anomal istilər binaların xüsusi metal fasadla üzlənməsi ilə bağlıdır. Bunun üçün 20 min tondan çox metal istifadə olunub.
“Burada sanki termal qutudasan və pəncərələr yanan şüşəyə bənzəyir", - məlumatda qeyd edilib.
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır