Rusiya Ukraynaya qarşı müharibədə iştirak etmək istəməyən miqrantları ölkədən deport etməyə başlayıb. Bunların arasında Rusiyada çalışan azərbaycanlılar da var.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Azərbaycanlılar niyə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olmalıdırlar? Savaşmaq istəməyənlər doğru qərar veriblər. Moskva polisinin iclasının bir hissəsini internetdə izlədim, bir polis zabiti çıxışında açıq deyir ki, “qaraları” paytaxtdan uzaqlaşdırmaq lazımdır. Bunların “qaralar” adlandırdıqları insanlar Rusiyada az maaşa ən çətin işlərdə çalışırlar. Təsadüfi deyil ki, Rusiyanın televiziya kanallarından birində çıxış edən yerli məmur miqrantların azalması səbəbindən ölkədə elektriklərin, bənnaların, fəhlələrin və təmizlikçilərin ciddi çatışmazlığının yaşandığını bildirib. Ukraynaya qarşı müharibə olmasaydı, bütün bunlar da olmazdı”, - politoloq bildirib.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?