Rusiyanın üçüncü ildir Ukraynaya qarşı işğalçı müharibəsi Moskvadakı şovinist dairələri və informasiya vasitələrinin olan-qalan məntiqlərinin yoxa çıxmasına səbəb olub. Rusiya televiziya kanallarında Türkiyə, hətta Çinin ünvanına atmacaların sayı artıb, hər ikisini ittiham edirlər ki, Moskva ilə tərəfdaşlıqlarına rəğmən, Ukraynaya silah satırlar.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Türkiyənin Ukrayna ilə hərbi-texniki sahədə əməkdaşlığı məlum faktdır, Çinin Kiyevə silah göndərməsi isə nəsə yeni məlumatdır:
“Rusiya informasiya kanalları Çini həm də onda ittiham edirlər ki, niyə idxal-ixrac əməliyyatları haqqında çox danışılan milli pul vahidləri ilə həyata keçirilmir? Çin üçün istisadiyyat hər şeyin fövqündədir, Rusiya rublu hər gün dəyər itirirsə, Pekin dollardan necə imtina etsin? Moskvada bu sadə həqiqəti qəbul etmək istəmirlər”.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?