Xalq artisti Röya Ayxan “Ərə gedirəm” adlı layihəsini təqdim edib. Axşam.az xəbər verir ki, Pop ulduz Abbas İsmayılovun müəllifi olduğu sözügedən mahnını ekranlaşdırmaq qərarına gəlib. Bunun üçün o, klipmeyker Soltan İbrahimova müraciət edib.
Layihədə sənətçi 25 illik rəfiqələri ilə kamera qarşısına keçib. Ekran işində Xalq artisti hər gördüyü bəyə aşiq olan, anidən fikrindən daşınan, hətta onu unudan xanım obrazını canlandırır. Layihə üçün xüsusi dekor qurulub.
Klipin prodüseri Kənan Bayramovdur və Xalq artisti layihənin direktorluğunu Elvin Elxana həvalə edib.
Rəngarəng, eyni zamanda əyləncəli görüntülərə malik “Ərə gedirəm” bütün musiqi platformalarında təqdim edilib.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?