Dünyaca məşhur müğənni Riki Martinin Bakıdakı konserti baş tutub.
BUTA.TV olay-a istinadla xəbər verir ki, ulduz “SeaBreeze”də reallaşan gecədə azərbaycanca danışaraq dinləyiciləri salamlayıb. Riki “Salam, necəsiniz?” dedikdən sonra ingilis dilində çıxışına davam edib:
“Çox sağ olun. Burada olmaqdan çox məmnunam. Düşünürəm ki, gözəl axşam olacaq. Sizin enerjiniz sayəsində gözəl bir axşam olacaq. Sizi gördüyüm, təbəssüm etdiyiniz üçün, rəqs etmə tərziniz üçün, enerjiniz üçün... Bu, çox güclüdür. Bu gecə mənim hekayəmdir. Musiqi vasitəsilə mənim hekayəm yazılacaq. Mənim yüksəlişlərim və enmələrim, enerjim, sevinc-kədər anlarım... Bu axşam hər şey burada – Bakıda olacaq. Mən yaxşı vaxt keçirmək üçün buradayam. Bakı, yaxşı vaxt keçirməyə hazırsınız? Sizdən dönə-dönə soruşacağam”.
Sonda isə dünya ulduzu ana dilmizdə “Çox sağ olun” deyib.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?