Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə respublikaçı Donald Trampa sui-qəsd cəhdindən təxminən yarım saat əvvəl ABŞ Məxfi Xidməti yaxınlıqdakı binanın damında şübhəli şəxs olması barədə məlumat alıb.
BUTA.TV xəbər verir ki, bunu mətbuat konfransında ABŞ Məxfi Xidmətinin rəhbəri vəzifəsini icra edən Ronald Rou deyib.
Onun sözlərinə görə, saat 17:45-də yerli hüquq-mühafizə orqanlarının əməkdaşları məxfi xidmətin snayper qrupunun rəhbərinə yaxınlıqdakı binanın damında şübhəli şəxs olması barədə məlumat verib və onun iki fotoşəkilini göndəriblər.
Rounun sözlərinə görə, nə Məxfi Xidmət, nə də Trampın şəxsi mühafizəsinin nümayəndələri atəş açılan vaxta, yəni saat 18:11-ə qədər cinayətkarda odlu silah olmasından xəbəri olmayıb.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?