Ucarda ağır yol qəzası baş verib.
BUTA.TV xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunda rayonun Müsüslü kəndindən keçən hissəsində baş verib.
Hərəkətdə olan iki minik avtomobilin toqquşması nəticəsində maşınlardan biri yoldan çıxaraq su kanalına düşüb. Qəza zamanı hər iki avtomobildə olan sürücü və sərnişinlərin ağır bədən xəsarəti aldıqları bildirilir. Yaralılar Ucar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video