HƏMAS lideri İsmayıl Haniyə qaldığı evə qoyulan bomba nəticəsində öldürülüb.
BUTA.TV xəbər verir ki, bu barədə “Nyu York Tayms” nəşri iki iranlı və bir amerikalı mənbəyə istinadla məlumat yayıb.
Məlumata görə, bomba həmin evə iki ay əvvəldən yerləşdirilib, Haniyə ora gələn kimi işə salınıb.
Türkiyəli terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar da sui-qəsdin bomba ilə törədilə biləcəyini ehtimal edib:
“Ehtimallardan biri də bombadır. Bu, binanın dağılmasından da görünür. Binanın görüntülərə baxdığımız zaman ora bomba yerləşdirildiyini görə bilərik. Hətta partlayış görüntüsü də var. Orada da partlayışın içəridən çölə doğru baş verdiyini görmək mümkündür”.
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?
- Bu komitənin əmlakı müqaviləsiz icarəyə götürülübmüş
- İki “Şaqman” toqquşdu: sürücü belə xilas edildi - Video