Son günlərdə ortaya çıxmış məlumatlara əsasən "Apple" şirkəti gələn il təqdim ediləcək "iPhone 17" smartfon seriyasında "iPhone 17 Plus" modelini "iPhone 17 Slim" adlı yeni model ilə əvəz edəcək.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, çəşhur analitik Ming-Chi Kuo öz növbəsində "iPhone 17 Slim" barəsində bəzi məlumatları bölüşüb. Beləliklə analitikin sözlərinə əsasən gələn il təqdim ediləcək "iPhone 17 Slim" modeli 2740x1260 piksel keyfiyyətli 6.6 düym ölçülü ekranı əldə edəcək.
Ekran üzərində isə hal-hazırda aktual olan "iPhone"larda olduğu kimi "Dynamic Island" çıxıntısı yerləşəcək. Analitikin fikrincə "iPhone 17 Slim" smartfonu "Apple A19" prosessoru vasitəsilə çalışacaq və özündə titan materialdan hazırlanmış gövdə ətrafı çərçivəni birləşdirəcək. Bununla yanaşı smartfonun bir ədəd arxa kamera ilə təchiz olunacağı gözlənilir.
Analitikin sözlərinə əsasən "iPhone 17 Slim"in istehsalat xərclərini azaltmaq istiqamətində onun gövdə ətrafı çərçivəsində "iPhone 15 Pro" və "iPhone 15 Pro Max" ilə müqayisədə daha az miqdarda titan materialdan istifadə ediləcək.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı